Yuxarı

Müdafiə Nazirliyi: Ermənilərin gözünə hər yerdə Azərbaycan "diversantı" görünür

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan KİV-inin yaydığı məlumatı təkzib edib

Bakı. 3 yanvar. REPORT.AZ/ Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatlar yalan və uydurmadır. "Report" Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, təchizatsız, ağır və dözülməz şəraitdə, soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərindən tutmuş hərbi rəhbərliyinə kimi hamının gözünə hər yerdə Azərbaycan "diversantı" görünür. Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyətlər nəticəsində bir-birini gülləbaran etdikdən sonra hər dəfə Azərbaycan tərəfini günahkar çıxarması artıq adət halını alıb. 

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni İl bayramlarını qeyd etməklə bərabər, Azərbaycan torpaqlarının işğaldan azad olunmasına ciddi hazırlaşır.

Qeyd edək ki, Ermənistan KİV-inin yaydığı məlumata görə, Azərbaycan tərəfinin cəbhə xəttində keçirdiyi hərbi əməliyyat nəticəsində iki erməni əsgəri ölüb, bir nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi