Yuxarı

​Moqerini: "Qarabağ münaqişəsində status-kvo dəyişdirilməlidir"

Münaqişənin sülh yolu ilə nizamlanması Avropa İttifaqı üçün prioritetdir

Bakı. 1 Mart. REPORT.AZ/ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvo uzunmüddətli ola bilməz.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini İrəvanda jurnalistlərə açıqlamasında bildirib.

"Münaqişənin sülh yolu ilə nizamlanması Avropa İttifaqı üçün prioritetdir, status-kvo qeyri-stabildir, fikrimizcə belə qala bilməz", — deyə o qeyd edib.

Aİ rəsmisinin sözlərinə görə, münaqişənin hərbi yolla həlli müstəsnadır.

Moqerini bildirib ki, hazırkı vəziyyətdə münaqişənin sülh yolu ilə həllinə mane olan zorakılığın artması və hərbi ritorikadan çəkinmək, gərginliyi azaltmaq vacibdir.

O Aİ-nin qoşunların təmas xəttində araşdırma mexanizmlərinin yaradılması məsələsində ATƏT-in Minsk qrupuna yardım göstərdiyini təsdiq edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi