Yuxarı

​Minsk qrupunun həmsədrləri Ermənistan prezidenti ilə görüşüblər

Görüşdə Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunub

Bakı. 26 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun hazırda İrəvanda səfərdə olan həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik Ermənistan prezidenti Serj Sarqsyan ilə görüşüblər.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə danışıqlar prosesinin hazırkı mərhələsi və növbəti atılacaq addımlarla bağlı məsələlər müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi