Yuxarı

Minsk qrupunun fransalı həmsədri Yerevana gedib və cəbhədəki gərginliyi müzakirə edib

Pyer Andriö Ermənistan müdafiə nazirinin birinci müavini ilə görüşüb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan Yerevanda ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andriö ilə görüşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, tərəflər Azərbaycan-Ermənistan sərhədi və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttindəki vəziyyəti müzakirə ediblər.

Görüş zamanı gərginliyin artmasının yolverilməz olduğu və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə konstruktiv yanaşmanın və atəşkəs rejiminin saxlanılmasının vacibliyi vurğulanıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi