​KİV: Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün tarixi və yeri məlum olub

​KİV: Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün tarixi və yeri məlum olub Görüşdə Vyanada əldə edilən razılaşmanın həyata keçməsi məsələsinin müzakirə ediləcəyi gözlənilir
Qarabağ
14 İyun , 2016 16:26
​KİV: Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün tarixi və yeri məlum olub

Bakı 14 iyun. REPORT.AZ/ Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sarqsyanın üçtərəfli görüşü iyunun 26-da Sankt-Peterburqda olacaq.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüşdə Vyanada əldə edilən razılaşmanın həyata keçirilməsi məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gedən aprel döyüşlərindən sonra ilk dəfə mayın 16-da Avstriyanın paytaxtı Vyanada görüşüblər. 

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və Fransanın Avropa işləri üzrə dövlət katibi Arlem Dezir iştirak etmişdilər.

Son xəbərlər

Orphus sistemi