​İsa Qəmbər: “Ermənilərə dəstək verən dövlətlər onların cinayətlərinə şərik olurlar”

​İsa Qəmbər: “Ermənilərə dəstək verən dövlətlər onların cinayətlərinə şərik olurlar” “Ermənilər Qarabağda törətdikləri cinayətləri gizlətməyə çalışırlar”
Qarabağ
18 Aprel , 2015 16:43
​İsa Qəmbər: “Ermənilərə dəstək verən dövlətlər onların cinayətlərinə şərik olurlar”

Bakı. 18 aprel. REPORT.AZ/ “Ermənilər sözdə soyqırım yalanlarını davam etdirməklə əsrlər boyu Azərbaycanın hər iki tayında, Türkiyə ərazisində və bir çox başqa məkanlarda törətdikləri cinayətləri gizlətmək istəyirlər”.

“Report”un məlumatına görə, bunu Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Dünya Azərbaycanlıları Konqresinin (DAK) İstanbulda keçirilən XIII qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ermənilər keçmişdə törətdikləri cinayətləri gizlətməklə bəraət almaq istəyirlər: “Eyni zamanda indi, xüsusilə Qarabağda törətdikləri cinayətləri gizlətməyə çalışırlar və gələcəkdə etmək istədikləri cinayətlərə indidən bəraət almaq istəyirlər. Qondarma soyqırım yalanlarının hədəflərindən biri budur. Ermənilərə, onların yalanlarına dəstək verən dövlətlər, beynəlxalq qurumlar bununla onların cinayətlərinə şərik olurlar. Bunu onlara açıq şəkildə söyləmək, başa salmaq lazımdır. Ermənilərin sözdə soyqırımı yalanlarının hədəfləri var, stratejisi var. Dünyada ermənilərə dəstək verənlərin Türkiyəyə, türklüyə qarşı hədəfləri var, çıxarları var. Bizim hədəfimiz, stratejimiz də birliyin əldə edilməsinə çalışmaq olmalıdır. Yəni türklüyün böyük liderlərindən biri İsmayıl bəy Qaspıralının da dediyi kimi “Fikirdə, sözdə, əməldə birliyə” nail olmaq lazımdır. Biz fərqli təşkilatlarda təmsil olunsaq da, fərqli dövlətlərin vətəndaşları olsaq da, hədəflərimizi razılaşdırmalıyıq, funksional əməkdaşlıq etməli, birlikdə çalışmalıyıq. Əgər dünyadan haqlı davamıza dəstək istəyiriksə, deməli, özümüz də dünyada haqqın, ədalətin yanında olmalıyıq. Bu gün İranda yaşayan milyonlarla Azərbaycan türkünün, İraqdakı türkmən qardaşlarımızın, Suriyadakı, Şərqi Türküstandakı türklərin haqları pozulursa, onların yanında olmalıyıq, dəstək verməliyik. Ümumiyyətlə, dünya haqqı pozulan digər millətlərin də yanında olmalıyıq. Onda bizim də dünyanın hər bir xalqından, dövlətindən, qurumundan öz haqlı davamıza dəstək tələb etmək haqqımız olacaq”.

İsa Qəmbər deyib ki, Azərbaycan və Türkiyə haqlı savaşına dəstək tələb etmək üçün daha güclü olmalıdırlar.

Son xəbərlər

Orphus sistemi