Yuxarı

Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşlərinin yekunlarına dair bəyanatla çıxış ediblər

Azərbaycan və Ermənistan prezindentlərinın dialoq prosesi intensivləşməli, növbəti görüş isə bu il ərzində keçirilməlidir

Bakı. 1 May. REPORT.AZ/ ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Parisdə keçirdikləri görüşlərin yekunlarına dair bəyanatla çıxış ediblər.

"Report"un verdiyi xəbərə görə, bəyanatda bildirilir ki, vasitəçilər nazirlərlə keçirdikləri görüşlər zamanı "Azərbaycan və Ermənistan prezindentləri arasında dialoq prosesinin intensivləşməsinin və dövlət başçılarının növbəti görüşünün bu il ərzində keçirilməsinin əhəmiyyətini vurğulayıblar".

Həmsədrlər qeyd edirlər ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri öz aralarında növbəti görüşə hazırdır.

Vasitəçilər, həmçinin, bildirir ki, XİN başçıları ilə birlikdə dövlət başçılarının növbəti görüşünün gündəliyini müzakirə edərək formalaşdırmağa da hazırdırlar.

Xatırladaq ki, vasitəçilər aprelin 29-da Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüş keçirmişdi. Aprelin 30-da isə Minsk Qrupunun həmsədrləri Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla biraraya gəlmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi