Azərbaycan MN: Həlak olmuş hərbi qulluqçularımızın nəşləri döyüş meydanından təxliyə edilib

Azərbaycan MN: Həlak olmuş hərbi qulluqçularımızın nəşləri döyüş meydanından təxliyə edilib Prosesdə beynəlxalq vasitəçilər də iştirak edib
Qarabağ
27 Fevral , 2017 16:51
Azərbaycan MN: Həlak olmuş hərbi qulluqçularımızın nəşləri döyüş meydanından təxliyə edilib

Bakı. 27 fevral. REPORT.AZ/ Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub. 

Son xəbərlər

Orphus sistemi