Yuxarı

​Fransa səfiri: "Yerevan və Bakı arasında ən yüksək səviyyədə danışıqların bərpası istiqamətində fəaliyyət göstəririk"

Jan-Fransua Şarpantye tərəfləri hərbi gərginliyi azaltmağa və atəşkəs rejiminə əməl olunması üçün bütün imkanlardan istifadə etməyə çağırıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ "ATƏT-in Minsk qrupu əvvəlkindən də çox Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə cəlb edilib".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransanın Yerevandakı səfiri Jan-Fransua Şarpantye bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında ən yüksək səviyyədə danışıqların bərpa edilməsi istiqamətində fəaliyyət göstərir.

Səfir Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədi ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib: "Sərhəddəki gərginliyi və təmas xəttində atəşkəsin pozulmasını narahatlıqla izləyirəm".

Səfir münaqişə tərəflərini hərbi gərginliyi azaltmağa və atəşkəs rejiminə əməl olunması üçün bütün imkanlardan istifadə etməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi