​Fransa səfiri: "Yerevan və Bakı arasında ən yüksək səviyyədə danışıqların bərpası istiqamətində fəaliyyət göstəririk"

​Fransa səfiri: "Yerevan və Bakı arasında ən yüksək səviyyədə danışıqların bərpası istiqamətində fəaliyyət göstəririk" Jan-Fransua Şarpantye tərəfləri hərbi gərginliyi azaltmağa və atəşkəs rejiminə əməl olunması üçün bütün imkanlardan istifadə etməyə çağırıb
Qarabağ
7 Sentyabr , 2015 17:57
​Fransa səfiri: Yerevan və Bakı arasında ən yüksək səviyyədə danışıqların bərpası istiqamətində fəaliyyət göstəririk

Bakı. 7 sentyabr. REPORT.AZ/ "ATƏT-in Minsk qrupu əvvəlkindən də çox Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə cəlb edilib".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransanın Yerevandakı səfiri Jan-Fransua Şarpantye bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında ən yüksək səviyyədə danışıqların bərpa edilməsi istiqamətində fəaliyyət göstərir.

Səfir Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədi ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib: "Sərhəddəki gərginliyi və təmas xəttində atəşkəsin pozulmasını narahatlıqla izləyirəm".

Səfir münaqişə tərəflərini hərbi gərginliyi azaltmağa və atəşkəs rejiminə əməl olunması üçün bütün imkanlardan istifadə etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi