Bakı. 25 aprel. REPORT.AZ/ “Mən Dağlıq Qarabağ münaqişəsinin tamamilə həll olunması üçün maksimum dərəcədə səy göstərəcəyəm”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransada keçirilən prezident seçkisinin birinci turunda qalıb gələn iki namizəddən biri - Emmanuel Makron bildirib.
“Siz yaxşı bilirsiniz ki, bu problemi təkbaşına həll etmək mümkün deyil”, - o vurğulayıb.
Xatırladaq ki, aprelin 23-də Fransada keçirilən prezident seçkisinin birinci turunda Emmanuel Makron və Marin Le Pen qalib gəlib. Seçkinin ikinci turu mayın 7-də keçiriləcək.