Yuxarı

Ermənistan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq

Bakı. 4 fevral. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 6-7-də Almaniyaya səfər edəcək. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətindən bildiriblər. 

Münhendə E.Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılıb. 

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşaya işçi səfəri çərçivəsində Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında və qarşıdakı dövr üçün ATƏT MQ həmsədrlərinin fəaliyyət planı barədə fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi