Yuxarı
    Bağlamaq

    ​Ermənistan XİN başçısı Minsk Qrupunun həmsədrləri ilə görüşəcək

    Görüş aprelin 29-da keçiriləcək

    Bakı. 27 aprel. REPORT.AZ/ Aprelin 29-da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

    "Report" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün belçikalı həmkarı Dide Reynderslə birgə keçirdiyi mətbuat konfransında bildirib. E.Nalbandyan deyib ki, Dağlıq Qarabğ münaqişəsinin tənzimlənməsi üçün danışıqlara alternativ yoxdur.

    Xatırladaq ki, hazırda Yeravanda olan Belçikanın xarici işlər naziri Dide Reynders bu gün axşam saatlarında Bakıya gələcək.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi