Yuxarı
    Bağlamaq

    Ermənistan silahlı birləşmələri Ağdamda mülki vətəndaşları atəşə tutub - YENİLƏNİB - VİDEO

    Video əlavə edilib


    ***10:12

    Ağdam. 3 May. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin birləşmələri Ağdam rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşlarını atəşə tutub.

    "Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə ötən gecə baş verib. 

    Ağdam rayonunun cəbhə xəttində yerləşən Çəmənli kəndində idarənin əməkdaşları təmir bərpa işləri aparan zaman ermənilər tərəfindən atəşə məruz qalıblar. Bir neçə dəqiqə atəş altında saxlanılan idarə əməkdaşları arasında xəsarət alan olmasa da texnikaya ziyan dəyib. 

    İdarənin rəisi Hafiz Əzimzadə "Report"un yerli bürosuna bildirib ki, ərazidə çalışan aqreqata çoxlu sayda müxtəlif çaplı silahlardan atılan mərmi dəyib: "Çoxsaylı mərmidən aqreqat yararsız vəziyyətə düşüb. Çətinliklə də olsa texnika əməkdaşlarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb. Əməkdaşlarımızın çalışdığı ərazi ermənilər tərəfindən mütamadi atəşə məruz qaldığından təmir-bərpa işləri gecə saatlarında həyata keçirilir". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi