Ermənistan ordusunun daha iki əsgəri hərbi hissədən qaçıb

Ermənistan ordusunun daha iki əsgəri hərbi hissədən qaçıb Komandanlıq hərbi hissədə baş verənlər haqqında valideynlərin şikayət etməyəcəyi təqdirdə, əsgərlərə cinayət işinin açılmayacağına razılıq verib
Qarabağ
31 Oktyabr , 2017 11:13
Ermənistan ordusunun daha iki əsgəri hərbi hissədən qaçıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanın işğal olunmuş Ağdərə yaşayış məntəqəsində yerləşən hərbi hissədə xidmət edən Ermənistan ordusunun hərbi qulluqçuları Henrik Qazaryan və Atabek Mkrtçyan məruz qaldıqları təhqirlərə dözməyərək xidmət yerlərindən qaçıblar.

"Report" xəbər verir ki, hərbi hissə komandiri hadisənin ictimaiyyətdən gizlədilməsi məqsədi ilə dərhal bu əsgərlərin və onların valideynlərinin saxlanılaraq hərbi hissəyə gətirilməsinə göstəriş verib. 

Məlumata görə, özbaşınalıq səbəbindən xidmət yerini tərk edən və tutularaq zorla xidmət yerinə gətirilən hərbi qulluqçuların valideynləri də hərbi hissəyə dəvət ediliblər.

Komandanlıq hərbi hissədə baş verənlər haqqında valideynlərin şikayət etməyəcəyi təqdirdə, əsgərlərə cinayət işinin açılmayacağına razılıq verib.

Son xəbərlər

Orphus sistemi