Yuxarı
    Bağlamaq

    Ermənistan ordusunun daha 4 hərbçisinin ağır yaralandığı məlum olub

    Öldürülmüş hərbçilərdən biri Noyemberyan rayonunun sakinidir

    Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin ötən gecə sarsıdıcı zərbələr endirməklə düşmən təxribatının qarşısını alması nəticəsində Ermənistan ordusunun öldürülmüş 2 hərbi qulluqçusundan əlavə daha 4 hərbçisi ağır yaralanıb.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, öldürülən hərbçilərdən biri Noyemberyan rayonunun sakinidir. 

    Qeyd edək ki, bu gün səhər yayılmış məlumatlara əsasən Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən qoşunların təmas xəttində atəşkəs rejimini pozub. Talış kəndi istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusu iki erməni hərbçisini (1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazqen Arutunyan) məhv edib.

    Xatırladaq ki, cəbhəboyu zonada səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov düşmən təxribatlarının qarşısının alınacağını bəyan etmişdi: “Nə qədər ki, ermənilər öz işğalçı siyasətindən əl çəkməyiblər Prezident İlham Əliyevin dediyi kimi, “torpaq düşmənlərin ayaqları altında od tutub yanmalıdır”. Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq. Bizim məqsədimiz budur”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi