Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub

Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
20 Fevral , 2015 09:36
Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub

Bakı. 20 fevral. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Sarıcalı, Şıxlar, Şuraabad, Baş Qərvənd, Qaraqaşlı, Mərzili, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi