​Dağlıq Qarabağ əraziləri 2016-cı ilədək minalardan təmizlənəcək

​Dağlıq Qarabağ əraziləri 2016-cı ilədək minalardan təmizlənəcək “Minadan təmizlənməmiş cəmi 5 faiz ərazi qalıb”
Qarabağ
30 Oktyabr , 2014 14:28
​Dağlıq Qarabağ əraziləri 2016-cı ilədək minalardan təmizlənəcək

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ əraziləri 2016-cı ilədək minalardan təmizlənəcək. “Report”un erməni KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə USAİD-in Yerevandakı nümayəndəliyinin direktoru Karen Hilliard bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə USAİD-in maliyyələşdirdiyi layihə davam edir. 2000-ci ildən indiyədək 251 müxtəlif sahədə minalardan təmizlənmə işləri görülüb: “1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonrakı ilk illərdə hər il 35-40 nəfər mina qurbanı olurdu. 1995-ci ildən indiyədək 345 nəfərin ölməsi hadisəsi qeydə alınıb. Hazırda minadan təmizlənməmiş cəmi 5 faiz ərazi qalıb. “Halo Trust” təşkilatı bu layihəyə 5 milyon dollar ayırandan sonra Dağlıq Qarabağ ərazisi 2016-cı ilədək minalardan tam təmizlənmiş olacaq”.

Son xəbərlər

Orphus sistemi