Bu gün Bakıda Azərbaycan və Rusiya XİN başçıları arasında görüş olacaq

Bu gün Bakıda Azərbaycan və Rusiya XİN başçıları arasında görüş olacaq Elmar Məmmədyarov və Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsini və ikitərəfli münasibətləri müzakirə edəcək
Qarabağ
20 Noyabr , 2017 07:31
Bu gün Bakıda Azərbaycan və Rusiya XİN başçıları arasında görüş olacaq
Report

Bakı. 20 noyabr. REPORT.AZ/ Ötən gün Bakıya rəsmi səfərə gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri diqqət mərkəzində olacaq. Bundan əlavə, Rusiyanın XİN rəhbərinin səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə uyğunlaşdırılıb.

"Regional və beynəlxalq problemlər haqqında danışacağıq. Həmçinin anlamağa çalışacağıq, Ermənistan və Azərbaycan prezidentlərinin bu yaxınlardakı (16 oktyabrda, Cenevrədə - red) görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə hansı səylər çərçivəsindəyik", - deyə daha əvvəl Serqey Lavrov görüşü elan edib.

Qeyd edək ki, görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransının keçiriləcəyi gözlənilir.

Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır.

Son xəbərlər

Orphus sistemi