Yuxarı
    Bağlamaq

    Azərbaycanın müdafiə naziri Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

    Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər və qarşılıqlı maraq doğuran digər problemlər ətrafında fikir mübadiləsi aparılıb

    Bakı. 14 yanvar. REPORT.AZ/ Yanvarın 14-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər və qarşılıqlı maraq doğuran digər problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi