​Azərbaycan XİN başçısı: "Ermənistan Cənubi Qafqazda həyata keçirilən bütün iri layihələrdən kənarda qalıb"

​Azərbaycan XİN başçısı: "Ermənistan Cənubi Qafqazda həyata keçirilən bütün iri layihələrdən kənarda qalıb" E.Məmmədyarov: "Həlli mümkün olmayan münaqişələr yoxdur. Danışıqların  iştirakçısı kimi deyə bilərəm ki, nikbinliyə  ümidlər var"
Qarabağ
23 May , 2015 13:26
​Azərbaycan XİN başçısı: Ermənistan Cənubi Qafqazda həyata keçirilən bütün iri layihələrdən kənarda qalıb

Bakı. 23 may. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsi hər zaman dondurulmuş vəziyyətdə qala bilməz və o, gec-tez həllini tapacaq.

"Report" xəbər verir ki, bu barədə Xarici işlər naziri Elmar Məmmədyarov Qara dəniz və Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı Beynəlxalq təşkilatı Baş Assambleyası və Direktorlar Şurasının Bakıda keçirilən iclasındakı çıxışı zamanı bildirib.

"Həlli mümkün olmayan münaqişələr yoxdur. Danışıqların iştirakçısı kimi deyə bilərəm ki, nikbinliyə ümidlər var. Gec-tez biz bu məsələni həll edəcəyik, çünki bu münaqişə indiki kimi dondurulmuş vəziyyətdə qala bilməz",- nazir bildirib

Məmmədyarov bunun üçün dəqiq beynəlxalq hüquqi bazanın olduğunu qeyd edib və o cümlədən, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin olduğunu xatırladıb.

"Təəssüflər olsun ki, Ermənistanın hazırkı rəhbərliyi ilə razılığa gəlmək olduqca çətindir. Lakin, Ermənistan rəhbərliyinə aydın düşüncəli insanlar gələcək və onlar başa düşəcəklər ki, indiki Ermənistan rəhbərliyinin gələcəyə baxışdan məhrum olaraq yürütdüyü siyasət özünü doğrultmamışdır və qonşuları ilə yaxşı münasibətlər qurmaq ölkə daxilində uğurlara nail olmaq üçün zəmin yaradır", - nazir əlavə edib.

XİN başçısı qeyd edib ki, Ermənistanın hazırkı rəhbərliyinin uğursuz siyasəti bu ölkəni Cənubi Qafqazda həyata keçirilən bütün iri layihələrdən kənarda qoyub.

Son xəbərlər

Orphus sistemi