Yuxarı
    Bağlamaq

    Azərbaycan və Ermənistanın XİN başçıları Nyu-Yorkda görüşəcəklərini razılaşdırıblar

    © Report

    Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan bu ilin sentyabrında Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində görüşəcəklərini razılaşdırıblar.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “RİA Novosti”yə bildirib.

    Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında ilk görüş bu il iyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefani Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) vasitəçiliyi ilə olub.

    “Nazirlər BMT-nin Baş Assambleyası çərçivəsində görüşməyi prinsipial olaraq razılaşdırıblar. Bu görüşədək daha bir görüşün keçirilməsi məsələsi nəzərdən keçirilir”, - deyə Hikmət Hacıyev bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi