Azərbaycan və Ermənistanın XİN başçıları Nyu-Yorkda görüşəcəklərini razılaşdırıblar

Azərbaycan və Ermənistanın XİN başçıları Nyu-Yorkda görüşəcəklərini razılaşdırıblar Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan bu ilin sentyabrında Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində görüşəcəklərini razılaşdırıblar.
Qarabağ
31 İyul , 2018 15:36
Azərbaycan və Ermənistanın XİN başçıları Nyu-Yorkda görüşəcəklərini razılaşdırıblar
Report

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan bu ilin sentyabrında Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində görüşəcəklərini razılaşdırıblar.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “RİA Novosti”yə bildirib.

Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında ilk görüş bu il iyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefani Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) vasitəçiliyi ilə olub.

“Nazirlər BMT-nin Baş Assambleyası çərçivəsində görüşməyi prinsipial olaraq razılaşdırıblar. Bu görüşədək daha bir görüşün keçirilməsi məsələsi nəzərdən keçirilir”, - deyə Hikmət Hacıyev bildirib. 

Son xəbərlər

Orphus sistemi