Yuxarı

​Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğal etdiyi ərazilərdə hərbi təlimlər keçirməsi ilə bağlı bəyanat yayıb

“Gələcəkdə regionda baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət tamamilə və qeyd-şərtsiz Yerevan rəhbərliyinin üzərinə düşür”

Bakı. 6 noyabr. REPORT.AZ/ “Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi təlimlərə başlaması rəsmi Yerevanın hərbi-siyasi rejiminin ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin növbəti mərhələsidir”. “Report”un xəbəbrinə görə, Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı bəyanatda belə deyilir.

MN rəsmi olaraq bildirir ki, Ermənistan Respublikası Azərbaycan torpaqlarının işğal olunmasına bilavasitə cavabdehlik daşıyır və gələcəkdə regionda baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət tamamilə və qeyd-şərtsiz Yerevan rəhbərliyinin üzərinə düşür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi