​Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğal etdiyi ərazilərdə hərbi təlimlər keçirməsi ilə bağlı bəyanat yayıb

​Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğal etdiyi ərazilərdə hərbi təlimlər keçirməsi ilə bağlı bəyanat yayıb “Gələcəkdə regionda baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət tamamilə və qeyd-şərtsiz Yerevan rəhbərliyinin üzərinə düşür”
Qarabağ
6 Noyabr , 2014 18:47

Bakı. 6 noyabr. REPORT.AZ/ “Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi təlimlərə başlaması rəsmi Yerevanın hərbi-siyasi rejiminin ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin növbəti mərhələsidir”. “Report”un xəbəbrinə görə, Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı bəyanatda belə deyilir.

MN rəsmi olaraq bildirir ki, Ermənistan Respublikası Azərbaycan torpaqlarının işğal olunmasına bilavasitə cavabdehlik daşıyır və gələcəkdə regionda baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət tamamilə və qeyd-şərtsiz Yerevan rəhbərliyinin üzərinə düşür.

Son xəbərlər

Orphus sistemi