Azərbaycan MN: Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib

Azərbaycan MN: Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib Tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb
Qarabağ
22 İyun , 2017 11:09
Azərbaycan MN: Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib

Bakı. 22 iyun. REPORT.AZ/ Ermənistan silahlı qüvvələri cəbhə xəttində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib. 

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaq.

Son xəbərlər

Orphus sistemi