Yuxarı

Azərbaycan əsgəri şəhid olub - FOTO

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Bakı. 13 may. REPORT.AZ/ Mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Ərəbli Rahil Rafiq oğlu şəhid olub.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

"Report"un Şirvan bürosunun məlumatına görə, Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində şəhidin dəfn mərasimi keçirilib. 

Azərbaycanın üçrəngli bayrağına bükülmüş şəhidin cənazəsi bu gün doğulduğu qəsəbəyə gətirilib. Dəfn mərasimində şəhər icra hakimiyyətinin rəsmiləri, şəhidin komandirləri və əsgər yoldaşları, doğmaları ilə yanaşı ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhidin ruhuna dualar oxunub, yayılım atəş sədaları altında şəhid doğulduğu qəsəbənin qəbiristanlığında torpağa tapşırılıb. Cənazəyə bükülmüş üçrəngli bayraq şəhidin atasına təqdim edilib.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi