Azərbaycan-Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib

Azərbaycan-Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib Monitorinq insidentsiz başa çatıb
Qarabağ
27 Aprel , 2017 13:04
Azərbaycan-Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib

Bakı. 27 aprel. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 27-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisində qoşunların qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Mixail Olaru keçiriblər.
Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçiriblər. 

Son xəbərlər

Orphus sistemi