Azərbaycan baş nazirinin müavini: “Ermənistanı bir neçə dövlət idarə edir”

Azərbaycan baş nazirinin müavini: “Ermənistanı bir neçə dövlət idarə edir” “Ermənilər mülki əhalini atəşə tutdular. Budur onların iç üzü”
Qarabağ
28 Dekabr , 2016 11:07
Azərbaycan baş nazirinin müavini: “Ermənistanı bir neçə dövlət idarə edir”

Bakı. 28 dekabr. REPORT.AZ/ “Bu ilin aprelində ermənilər təxribata əl atdılar. Azərbaycan da onlara layiqli cavab verdi. Ermənilər mülki əhalini atəşə tutdular. Budur onların iç üzü”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Əli Həsənov Multikulturalizm və insan huquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda keçirilən konfransda deyib.

O, bu məsələdə beynəlxalq təşkilatları ittiham edib: “Beynəlxalq təşkilatlar bu məsələyə ikili standartlar çərçivəsində yanaşır. Bu nə standartlardır? Bunun sonu olmalıdır. Bu cür ədalətsizliyə dözmək olmaz. Nə qədər davam edəcək bu? Baxın Ermənistanın və Azərbaycanın prezidentinə. Hər ikisinin dünya görüşünü müqayisə edin... Ermənistanı bir neçə dövlət idarə edir. Belə dövlət olarmı?”.

Ə.Həsənov ərəb ölkələrində baş verənlərə də toxunub: “Suriya, Liviya, İraqda olanlara sakit yanaşırlar. Bunların qarşısı alınmalıdır, orada insan hüquqları pozulur, biganə yanaşmaq olmaz”.

Son xəbərlər

Orphus sistemi