Yuxarı

ATƏT sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağda olub

Anji Kasprşik separatçılarının başçısı ilə təmas xəttindəki vəziyyəti müzakirə edib

Bakı. 15 iyul. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik Azərbaycanın Dağlıq Qarabağ bölgəsində olub.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

İnformasiyaya görə, A.Kasprşik Azərbaycanın işğal altında olan ərazisindəki erməni separatçılarının başçısı Bako Saakyanla görüşüb. Onlar təmas xəttindəki vəziyyəti müzakirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi