ATƏT PA-nın prezidenti MDB Parlamentlərarası Assambleyasını Dağlıq Qarabağ münaqişəsinin həllinə birgə kömək etməyə çağırıb

ATƏT PA-nın prezidenti MDB Parlamentlərarası Assambleyasını Dağlıq Qarabağ münaqişəsinin həllinə birgə kömək etməyə çağırıb Kanerva: "Davam edən hərbi əməliyyatlarda insanların ölümü yolverilməzdir"
Qarabağ
20 May , 2016 14:24
ATƏT PA-nın prezidenti MDB Parlamentlərarası Assambleyasını Dağlıq Qarabağ münaqişəsinin həllinə birgə kömək etməyə çağırıb

Bakı. 20 may. REPORT.AZ/ "Dağlıq Qarabağ zonasında davam edən hərbi əməliyyatlarda insanların ölümü yolverilməzdir".

"Report" xəbər verir ki, bu barədə ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) prezidenti İlkka Kanerva Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının plenar iclasında bildirib. 

Prezident Kanerva MDB Parlamentlərarası Assambleyanın parlamentarilərini ATƏT-in Minsk Qrupu kontekstində Dağlıq Qarabağ münaqişəsinin həllinə birgə kömək etməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi