ATƏT PA Minsk qrupu həmsədrlərini Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırıb

ATƏT PA Minsk qrupu həmsədrlərini Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırıb Minskdə ATƏT PA-nın 26-ci illik sessiyasının yekun sənədi qəbul edilib
Qarabağ
9 İyul , 2017 21:28
ATƏT PA Minsk qrupu həmsədrlərini Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırıb

Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün Minskdə öz işini başa çatdıran ATƏT PA-nın 26-ci illik sessiyasının yekun sənədi qəbul olunub.

"Report" xəbər verir ki, sənədin mətnində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də öz əksini tapıb.

Belə ki, ATƏT PA-nın deputatları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində irəliləyiş olmamasından dərin təəssüflərini bildiriblər və tərəfləri münaqişənin təcili mümkün dayanıqlı həll yolunu tapmaq üçün dərhal əyani danışıqlara başlamağa çağırıblar.

ATƏT PA yekun sənədində, həmçinin Minsk qrupu həmsədrlərini qətiyyətlə Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi