ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfər proqramı açıqlanıb

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfər proqramı açıqlanıb Vasitəçilər həmçinin Dağlıq Qarabağa səfər edəcəklər
Qarabağ
2 Fevral , 2018 15:06
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfər proqramı açıqlanıb

Bakı. 2 fevral. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfər proqramı açıqlanıb.

"Report" xəbər verir ki, həmsədrlər fevralın 6-da Azərbaycana gələcəklər və fevralın 7-də rəsmi şəxslərlə görüşlər keçirəcəklər.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanın bildirdiyinə görə, vasitəçilər fevralın 8-9-da Ermənistana səfər edəcəklər.

ATƏT-in Minsk qrupunun həmsədrləri eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa səfər edəcəklər.

Son xəbərlər

Orphus sistemi