ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər çərçivəsində Dağlıq Qarabağa gedəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər çərçivəsində Dağlıq Qarabağa gedəcəklər Vasitəçilər regiona oktyabr ayında səfər etməyi planlaşdırırlar
Qarabağ
11 Oktyabr , 2016 17:54
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər çərçivəsində Dağlıq Qarabağa gedəcəklər

Bakı. 11 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər çərçivəsində Dağlıq Qarabağa baş çəkməyi planlaşdırır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik məlumat verib.

Onun sözlərinə görə, həmsədrlər regiona bu ay, amma bir qədər sonra səfər etməyi planlaşdırır. 

"Bu, Vyana və Sankt-Peterburqda yüksək səviyyədə başlanılmış işlərin və nizamlanmanın elementlərinin müzakirəsinin davam etdirilməsi üçün fürsətdir" - amerikalı diplomat bildirib.

Həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinə görüş təklif edib-etməyəcəyi, təxmini yerin və zamanın bəlli olub-olmaması ilə bağlı verilən suala isə C.Uorlik belə cavab verib: "Prezidentlərin ilk imkanda görüşəcəyinə ümid edirik. Amma bu dəfə heç bir tarix və ya şərti məkan təyin olunmayıb".

Son xəbərlər

Orphus sistemi