Yuxarı
    Bağlamaq

    ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftənin sonuna Azərbaycana gələcəklər

    Stefan Viskonti: Həmsədrlər gündəliyin tərtib edilməsində problemlərin olduğuna görə ölkələrə müxtəlif vaxtlarda səfər edəcəklər

    Bakı. 7 mart. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycana səfər edəcəklər.

    “Report” xəbər verir ki, bunu "Mediamax"a müsahibəsində Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti bildirib.

    Onun sözlərinə görə, vasitəçilər əvvəlcə Azərbaycana, sonra mart ayı ərzində Ermənistana və Dağlıq Qarabağa səfər edəcəklər.

    S.Viskonti deyib ki, həmsədrlər bu dəfə logistika və gündəliyin tərtib edilməsində problemlərin olduğuna görə ölkələrə müxtəlif vaxtlarda səfər edəcəklər.

    ABŞ-nın Azərbaycandakı səfirliyindən “Report”a bildirilib ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland bu həftənin sonlarında Bakıya gələcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi