Yuxarı

​ATƏT-in Minsk Qrupunun həmsədrləri BQXK-nın nümayəndələri ilə görüşüb

Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi müzakirə olunub

Bakı. 15 İyun. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşüblər. "Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində məlumat  verib.

O, görüş zamanı tərəflər arasında Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslər barəsində məlumat mübadiləsi məsələlərinin müzakirə olunduğunu bildirib.

"Bu məsələ, tərəflər arasında əməkdaşlığı tələb edir", - C. Uorlik qeyd edib.

Xatırladaq ki, ATƏT-in MQ həmsədrləri Bakıda səfərdədir. Onlar "Bakı-2015" I Avropa Oyunlarının Açılış mərasimində iştirak edib və iyunun 14-də azərbaycanlı məcburi köçkünlərin yaşadığı məntəqələri ziyarət  ediblər.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi