ATƏT qoşunların Alxanlı kəndi yaxınlığında yerləşən təmas xəttində monitorinq keçirəcək

ATƏT qoşunların Alxanlı kəndi yaxınlığında yerləşən təmas xəttində monitorinq keçirəcək ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik cəbhə xəttinə gedəcək
Qarabağ
11 Sentyabr , 2017 10:11
ATƏT qoşunların Alxanlı kəndi yaxınlığında yerləşən təmas xəttində monitorinq keçirəcək
Mod.gov.az

Bakı. 11 sentyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 12-də Füzuli rayonu Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Mixail Olaru və Martin Şuster keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi