​AŞPA komitəsi Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı hesabatı müzakirə edəcək

​AŞPA komitəsi Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı hesabatı müzakirə edəcək Böyük britaniyalı deputatın hazırladığı hesabatda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri də əksini tapıb
Qarabağ
3 Noyabr , 2015 11:43
​AŞPA komitəsi Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı hesabatı müzakirə edəcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi məsələlər üzrə Komitəsi "Dağlıq Qarabğada, eləcə də Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginliyin artması" haqda hesabtı müzakirə edəcək. 

"Report" AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, hesabatı Böyük Britaniyadan olan deputat Robert Uolter hazırlayıb. 

AŞPA komitəsinin iclası noyabrın 4-də Parisdə keçiriləcək. Bu hesabat komitədə qəbul edilərsə, onda məsələ AŞPA-nın 2016-cı ilin yanvarında keçiriləcək sessiyasının gündəliyinə daxil ediləcək. Komitədə aparılan müzakirələrdən sonra britaniyalı deputatın hesabatının qəbul ediləcəyi gözlənilir. 

Xəbərdə bildirlib ki, hesabatda Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının (822 (1993-cü il), 853 (1993), 874 (1993) və 884 (1994)) qətnamələri də əksinin tapıb.

Qeyd edək ki, Robert Uolter hesbatı hazırlamaq üçün bu il iki dəfə Azərbaycana səfər edib, cəbhə bölgəsində və qoşunların təmas xəttində olub.

Son xəbərlər

Orphus sistemi