Yuxarı

Amerikalı həmsədr: "Təmas xəttini keçən zaman atəş səsləri ATƏT müşahidəçilərini daldalanmağa vadar etdi" - FOTO

Ceyms Uorlik: Bu yolverilməzdir

Bakı. 27 oktyabr. REPORT.AZ/ ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andryu (Fransa) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik qoşunların təmas xəttində keçirilən monitorinqdə iştirak edib. 

"Report" xəbər verir ki, bu barədə öz "twitter" səhifəsində Ceyms Uorlik yazıb. 

C.Uorlik bildirib ki, monitorinq zamanı atəş səsləri eşidilib: "Təkrarlanan atəş səsləri ATƏT müşahidəçilərini qorunmağa vadar edib. Bu yolverilməzdir". 

Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri və  qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təmas xəttini qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi