Yuxarı
    Bağlamaq

    Aİ-nin Azərbaycandakı nümayəndəsi: “Atəşkəsin pozulmaması çox vacibdir”

    “Çalışaçağıq ki, həmsədrlər hər iki tərəfi müzakirələrə çağırsınlar”

    Bakı. 28 aprel. REPORT.AZ/ “Avropa İttifaqı bütün münaqişələrin sülh yolu ilə həll olunmasını dəstəkləyir, çünki münaqişədə hər bir qurbanın olması böyük faciədir”.

    “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

    “Aİ-nin ali nümayəndəsi Federiko Moqerini də bildirib ki, status-kvo əlverişli və daimi deyil. Biz münaqişənin sülh yolu ilə həllini, habelə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyirik. Avropa İttifaqının prioritetlərindən biri Minsk Qrupunun işinə dəstək olmaqdır.

    Atəşkəsin pozulmaması çox vacibdir. Biz özümüz də çalışacağıq ki, həmsədrlər hər iki tərəfi müzakirələrə çağırsınlar”, - o, əlavə edib

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi