Yuxarı
    Bağlamaq

    ​ABŞ-da Şuşanın işğalına etiraz kampaniyası başlayıb

    Məqsəd ABŞ ictimaiyyətinin diqqətini Azərbaycan torpaqlarının işğalına çəkməkdir

    Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ-da yaşayan azərbaycanlı və türk diasporu Şuşanın işğalına diqqət çəkmək üçün yeni kampaniyaya başlayıb. "Report" xəbər verir ki, bu barədə "Turkishny" məlumat yayıb. 

    "Türk - Amerikan" icmalarının "Pax Turcica" ("Türk dünyası") platforması əsasında fəaliyyətə başlayan kampaniya haqda müraciət də yayılıb. Müraciətdə bildirilib ki, Qərb mayın 8-dən etibarən II Dünya müharibəsində faşist Almaniyası üzərində qələbənin 70 illiyini qeyd etdiyi halda, 1992-ci ilin həmin günündə Azərbaycan torpağı Şuşa Ermənistan tərəfindən işğal olunub və bu işğal hələ də davam edir.

    Müraciətdə Ermənistanın və ermənilərin Azərbaycan torpaqlarını işğal etməsindən və Dağlıq Qarabağda törətdikləri soyqırım;ndan da bəhs olunub: "Ermənistanın Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasətinə etiraz edən, Şuşanın işğalını lənətləyən türk və azərbaycanlıların "Türk - Amerikan" icmaları "Pax Turcica" ("Türk dünyası") platforması əsasında kampaniyaya başlayaraq, ABŞ ictimaiyyətinin diqqətini bu məsələyə çəkməyə çalışır".

    Kampaniyaya qoşulmaq və ona dəstək vermək istəyənlər bu ünvanla əlaqə saxlaya bilər: institute@paxturcica.org.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi