Pakistan Ermənistanın təxribatını pisləyib və Azərbaycana dəstək verib

Pakistan Ermənistanın təxribatını pisləyib və Azərbaycana dəstək verib "Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir".
Dağlıq Qarabağ münaqişəsi
10785
14 İyul , 2020 12:51
Pakistan Ermənistanın təxribatını pisləyib və Azərbaycana dəstək verib

"Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir".

"Report" xəbər verir ki, bu fikirlər Pakistan Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı bəyanatında əksini tapıb. 

"Pakistan Ermənistan silahlı qüvvələrinin 2020-ci il iyulun 12-də bir neçə azərbaycanlının itkisi ilə nəticələnən Azərbaycanın Tovuz rayonuna hücumunu qətiyyətlə pisləyir. Həlak olanların ailələrinə başsağlığı veririk.

Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional sülhə və təhlükəsizliyə uzunmüddətli nəticələrə gətirib çıxaran ciddi təhlükə yaradır.

Son təxribatçı hərəkət Ermənistanın beynəlxalq birliyi yayındırmaq cəhdinin təzahürüdür və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində təsbit edilmiş Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün davam edən danışıqlar prosesinə mane olur", - Pakistan XİN-nin bəyanatında vurğulanıb.