"Erməni əsilli Rusiya vətəndaşları Azərbaycana gəlməmişdən əvvəl səfirliyə məlumat verməlidirlər".
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri
Onun sözlərinə görə, bəzən erməni əsilli Rusiya vətəndaşları məsələnin həssaslığını bildiklərindən Azərbaycana gəldikdən sonra PR nöqteyi-nəzərdən bu barədə qalmaqal yaradırlar.
"Biz deyirik ki, erməni soyadlı hansısa Rusiya vətəndaşı Azərbaycana gəlmək istəyirsə, Allah xatirinə, qoy gəlsin! Amma, qoy heç olmasa səfirliyimizə məlumat versinlər, çünki Rusiya ilə vizasız gediş-gəlişimiz var. Mövcud münaqişə ilə bağlı Azərbaycandakı emosional fonu nəzərə alaraq, əvvəlcədən alınan məlumatlar məsələnin şişirdilməsinin qarşısını almağa imkan verəcək. Biz həmişə Rusiya tərəfi ilə bu mövzuda açıq danışırıq", - nazir əlavə edib.