Vladimir Cabarov: "Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur, danışıqlar lazımdır"

Vladimir Cabarov: "Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur, danışıqlar lazımdır" Təəssüf ki, bu gün Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqeləri bir-birinə ziddir... Ancaq münaqişənin hərbi yolla həlli yoxdur. Uzun və çətin danışıqlar lazımdır. Ən əsası, tərəflər qarşılıqlı güzəştlərə və hətta kompromis həll yollarına hazır olmalıdırlar.
Qarabağ
29 Oktyabr , 2019 12:20
Vladimir Cabarov: Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur, danışıqlar lazımdır

"Təəssüf ki, bu gün Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqeləri bir-birinə ziddir... Ancaq münaqişənin hərbi yolla həlli yoxdur. Uzun və çətin danışıqlar lazımdır. Ən əsası, tərəflər qarşılıqlı güzəştlərə və hətta kompromis həll yollarına hazır olmalıdırlar".

"Report" xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov "Parlament qəzeti"nə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini şərh edərkən deyib.

O, bu münaqişəsinin postsovet məkanında ən uzunmüddətli problem olduğunu vurğulayıb.

V.Cabarov bildirib ki, münaqişə zamanı tərəflərin bir-birinə qarşı çoxsaylı qəzəbi və iradı toplanıb: "Axı, 30 il ərzində bu iki xalqın Sovet İttifaqı daxilində dinc və yanaşı yaşadığı zamanların olduğunu bilməyən ermənilərin və azərbaycanlıların iki nəsli yetişib. Zaman keçməlidir, məlumdur ki, o, hər şeyin dərmanıdır".

V.Cabarov Cənubi Qafqazın bütün respublikalarının - Azərbaycan, Gürcüstan və Ermənistanın zamanla bir-birləri üçün mehriban qonşu olacağına ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi