Türkiyə XİN rəhbəri: "Biz Ermənistanın səhvlərini düzəltməsini və səmimi olmasını istəyirik"

Türkiyə XİN rəhbəri: "Biz Ermənistanın səhvlərini düzəltməsini və səmimi olmasını istəyirik" "Ermənistanla münasibətlərin normallaşması üçün bizim bir şərtimiz var - Ermənistan işğal etdiyi əraziləri azad etməlidir"
Qarabağ
25 Fevral , 2015 13:54
Türkiyə XİN rəhbəri: Biz Ermənistanın səhvlərini düzəltməsini və səmimi olmasını istəyirik

Bakı. 25 fevral. REPORT.AZ/ Ermənistanla münasibətlərin normallaşması üçün bizim bir şərtimiz var - Ermənistan işğal etdiyi əraziləri azad etməlidir. "Report" xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında Ermənistan prezidentinin əlaqələrin normallaşmasına dair protokolları geri çağırmaq qərarına Türkiyənin münasibəti haqqında sualı şərh edərkən bildirib. 

O qeyd edib ki, Çanaqqala döyüşünün ildönümünə həsr olunan tədbirlərə dəvət dostluq və barışıq mesajı xarakterini daşıyır. "Biz Ermənistan da daxil olmaqla, hamıya dəvətnamə göndərmişik". 

Nazir vurğulayıb ki, hazırda regionda bir sıra regional layihələr həyata keçirilir:

"Biz Ermənistanın da bu layihələrdə iştirak etməsini, bizə qoşulmasını istərdik. Lakin bu yalnız işğal olunan Azərbaycan torpaqlarının azad olunmasından sonra mümkündür. Biz istəyirik, Ermənistan səhvlərini düzəltsin və səmimi olsun".

Son xəbərlər

Orphus sistemi