Şeyxülislam Allahşükür Paşazadə: “BMT-nin qətnamələrinə əməl olunmasını tələb edirik”

Şeyxülislam Allahşükür Paşazadə: “BMT-nin qətnamələrinə əməl olunmasını tələb edirik” “ATƏT-in Minsk qrupunun sülhyaratma missiyasından real nəticə gözləyirik”
Qarabağ
17 Noyabr , 2014 10:22
Şeyxülislam Allahşükür Paşazadə: “BMT-nin qətnamələrinə əməl olunmasını tələb edirik”

Bakı. 17 noyabr. REPORT.AZ/ “Dünyamızın üzləşdiyi siyasi iqtisadi, sosial, mədəni problemlərin kökündə mənəvi böhran durur”. “Report”un xəbərinə görə, bunu Bakıda keçirilən dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfransdakı çıxışında Qafqaz müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, məhz mənəviyyat sahəsində baş verən problemlər həyatın bütün sahələrində fəsadlı əksini tapır: “Allahın yaratdığın ən böyük dəyər insandır və onun həyatının xilası tolerantlıqdan - müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından keçir. Bu məqamı torpaqları erməni işğalçıları tərəfindən zəbt olunmuş xalqımız, hətta Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də unutmur, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllində israr edir. Biz BMT-nin məlum qətnamələrinə əməl olunmasını tələb edir, ATƏT-in Minsk qrupunun sülhyaratma missiyasından real nəticə gözləyirik”.

Son xəbərlər

Orphus sistemi