Səməd Seyidov: “AŞPA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qaldıracağıq”

Səməd Seyidov: “AŞPA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qaldıracağıq” “Sessiyanın gündəliyində Azərbaycanla bağlı birbaşa hansısa məsələ yoxdur”
Qarabağ
30 Noyabr , 2016 17:30
Səməd Seyidov: “AŞPA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qaldıracağıq”

Bakı. 30 noyabr. REPORT.AZ/ "Avropa Şurası Parlament Assambleyasının (AŞPA) gələn ilin yanvar ayında keçiriləcək qış sessiyasının gündəliyində Azərbaycanla bağlı birbaşa hansısa məsələ yoxdur. Lakin, bu, o demək deyil ki, Azərbaycan öz məsələlərini Avropa Şurasında müzakirə etməyəcək".

Bunu "Report"a açıqlamasında AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

AŞPA-nın yanvar sessiyasının gündəliyinin məlum olduğunu xatırladan S.Seyidov qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri bu dəfə də ölkənin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini diqqətə çatdıracaqlar: "Eyni zamanda, Azərbaycanda gedən prosesləri də AŞPA üzvlərinə çatdıracağıq".

Qeyd edək ki, AŞPA-nın qış sesiyası 2017-ci il yanvarın 23-27-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi