"Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiya xarici işlər naziri İviça Daçiçlə görüşünün yekununa həsr olunan mətbuat konfransında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Rusiyanın vasitəçiliyi ilə aprelin 15-də keçirilən danışıqları şərh edərkən deyib.
“Moskvada bazar ertəsi günü keçirilən görüşün yekunlarına görə, humanitar tədbirlərə bağlı görüşün yekun birgə bəyanatında müfəssəl şəkildə qeyd olunub. Bu tədbirlərin məğzi vəziyyəti xüsusilə də əkinçilik işləri dövründə sabitləşdirmək üçün tərəflərin əlavə səylər göstərmək zərurətinə razılıq vermək, həbs yerlərində saxlanılanların yaxınları üçün onlarla görüşməyə gəlmələrinə rəvac vermək, habelə insanlar arasında, xüsusilə də media nümayəndələri arasında təmaslara dəstək verməkdir”, – Rusiyanın XİN başçısı vurğulayıb.
Rusiyalı nazir dövlət başçılarının silsilə bəyanatlarını, habelə ATƏT Xarici İşlər Nazirləri Şurasının son iclasında qəbul olunmuş bəyanatları misal gətirib: “Orada işlərin bütün təməl istiqamətləri göstərilir. Təfərrüatlar isə təbii ki, məxfidir”.