Səfir: "Türkiyə Qarabağ probleminin tez bir zamanda həllini vacib sayır"

Səfir: "Türkiyə Qarabağ probleminin tez bir zamanda həllini vacib sayır" Türkiyə və Azərbaycan olaraq mədəniyyətimizlə, tariximizlə bir millət, iki dövlətik. Türkiyə və Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə qürur duymalıyıq. Bu prosesi davam etdirməkdə israrlıyıq.
Dağlıq Qarabağ münaqişəsi
12 Sentyabr , 2019 11:23
Səfir: Türkiyə Qarabağ probleminin tez bir zamanda həllini vacib sayır
Report / Firi Salim

"Türkiyə və Azərbaycan olaraq mədəniyyətimizlə, tariximizlə bir millət, iki dövlətik. Türkiyə və Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə qürur duymalıyıq. Bu prosesi davam etdirməkdə israrlıyıq".

"Report"un xəbərinə görə, bunu Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, Türkiyə Azərbaycanın ən böyük yarası olan Dağlıq Qarabağ probleminin tez bir zamanda həllini vacib sayır: "Biz bu məsələdə dünyada eyni çevrələrlə üz-üzə gəlməkdəyik. Xocalıda yüzlərlə insanı qətlə yetirən ermənilər Türkiyəni soyqırım törətməkdə ittiham edirlər. Bütün bu qarayaxmalara qarşı gerçəkləri dünyaya göstərmək Türkiyə və Azərbaycan mediası üzərinə düşən ən böyük vəzifələrdən biridir".

Son xəbərlər

Orphus sistemi