Rusiya parlamenti: Ermənistan sazışə dair öhdəliklərini yerinə yetirməyə hazır olduğunu göstərməlidir

Rusiya parlamenti: Ermənistan sazışə dair öhdəliklərini yerinə yetirməyə hazır olduğunu göstərməlidir "Yalnız Ermənistan və Azərbaycan öz öhdəliklərini yerinə yetirməyə hazır olduqlarını göstərsələr, Dağlıq Qarabağdakı münaqişə bölgəsində Rusiya sülhməramləlarının missiyası səmərəli ola bilər".
Qarabağ
10 Noyabr , 2020 14:33
Rusiya parlamenti: Ermənistan sazışə dair öhdəliklərini yerinə yetirməyə hazır olduğunu göstərməlidir
Konstantin Kosaçev
0 : 00
0 : 00

"Yalnız Ermənistan və Azərbaycan öz öhdəliklərini yerinə yetirməyə hazır olduqlarını göstərsələr, Dağlıq Qarabağdakı münaqişə bölgəsində Rusiya sülhməramləlarının missiyası səmərəli ola bilər".

“Report” xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçev “Russia-24” telekanalındkı birbaşa yayın zamanı bildirib.

“Azərbaycanın mövcud mövqelərdə dayanaraq Rusiya sülhməramlılarının xidmətlərindən istifadə etməyə dair razılığı var. Ermənistan da, ən azı bu ölkənin birinci şəxsləri razılıq verib. Hazırkı vəziyyətə görə bu razılığın heç olmasa nisbi şəkildə ictimai razılığa, ictimai həmrəyliyə söykənməsinə əmin olmalıyıq. Ermənistan da Azərbaycan kimi bu üçtərəfli sazişə dair öz öhdəliklərini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirməlidir. Yalnız belə olarsa, Rusiya sülhməramlıları səmərə verə bilər”, – Rusiya parlamentinin rəhbəri qeyd edib.

Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən münaqişənin həllinə dair birgə bəyanat imzalanıb.

Son xəbərlər

Orphus sistemi